Şəki regional ədliyyə idarəsinin rəisi tərəfindən vətəndaşların videoqəbulu keçirilib.

     Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların müraciətlərinə, xüsusilə şəhid ailələrinin və hərbçilərin qayğılarına həssaslıqla yanaşılması daim diqqətdə saxlanılır, onlarına müraciətlərinə pandemiya şəraiti ilə əlaqədar elektron qaydada baxılması təmin edilir, videoqəbulların keçirilməsi davam etdirilir.

     Pandemiya şəraiti ilə əlaqədar vətəndaşların müraciətlərinə elektron qaydada baxılması təmin edilir, onların videoformatda qəbulu genişləndirilərək nazirliyin və struktur qurumlarının rəhbərliyi tərəfindən mütəmadi videoqəbullar həyata keçirilir.

     Sentyabrın 22-də Şəki regional ədliyyə idarəsinin rəisi Abdulla Yusifov tərəfindən Qəbələ rayon İcra və probasiya şöbəsinin fəaliyyəti ilə bağlı müraciət edən vətəndaşların videoformatda qəbulu keçirilib, icra işlərinin icrasından narazı olan vətəndaşların müraciətləri dinlənilib, icra sənədlərinin icrası istiqamətində qanunvericiliyə uyğun icra tədbirlərinin davam etdirilməsi üçün Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi Sahib Bayramova müvafiq tapşırıqlar verilmiş və həmin icra işləri nəzarətə götürülmüşdür. Vətəndaşlar müraciətlərinin dinlənilməsi üçün videoqəbulun təşkilindən məmnunluqlarını bildiriblər.