Şəki regional ədliyyə idarəsinin rəisi tərəfindən vətəndaşların videoqəbulu keçirilib.

 Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyinin Şəki regional ədliyyə idarəsi tərəfindən də daim diqqətdə saxlanılır.

     Pandemiya şəraiti ilə əlaqədar vətəndaşların müraciətlərinə elektron qaydada baxılması təmin edilir, onların videoformatda qəbulu genişləndirilərək nazirliyin və struktur qurumlarının rəhbərliyi tərəfindən mütəmadi videoqəbullar həyata keçirilir.

     İyunun 11-də Şəki regional ədliyyə idarəsinin rəisi Abdulla Yusifov tərəfindən Balakən rayon İcra və probasiya şöbəsinin fəaliyyəti ilə bağlı müraciət edən vətəndaşların videoformatda qəbulu keçirilib, icra işlərinin icrasından narazı olan vətəndaşların müraciətləri dinlənilib, icra sənədlərinin icrası istiqamətində qanunvericiliyə uyğun icra tədbirlərinin davam etdirilməsi üçün Balakən rayon İcra və probasiya şöbəsinin rəisi Hikmət Darçınova müvafiq tapşırıqlar verilmiş və həmin icra işləri nəzarətə götürülmüşdür. Müraciətlərin dinlənilməsinin videoformatda təşkili vətəndaşlar tərəfindən məmnunluqla qarşılanıb.