Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə Vətən müharibəsində ölkə Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqımızın zəfər salnaməsini yazdı. Dövlət başçısının qəti iradəsi və müdrik xarici siyasəti, müzəffər ordumuzun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində erməni işğalçıları həm hərbi, həm də siyasi meydanda ağır məğlubiyyətə uğradıldı, Böyük Qələbə qazanılaraq tarixi ədalət bərpa olundu, xalqın inamı özünə qaytarıldı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabr ayının 8-inin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi barədə ölkə başçısı cənab İlham Əliyev tərəfindən sərəncam imzalanmışdır.

Həmçinin canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə cənab prezidentimizin qərarı ilə 2020-ci il dekabr ayının 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilmişdir. Bu məqsədlə də Şəki Regional Ədliyyə İdarəsində şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.