Şəki Regional Ədliyyə İdarəsinin inzibati binasında dezinfeksiya işləri aparılmışdır.

Ölkəmizdə baş verən yeni növ koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar virus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı mühüm qərarlar qəbul edilməkdə və zəruri addımlar atılmaqdadır. Lakin son zamanlarda virusa yoluxanların sayında artımlar müşahidə edilməkdədir. Bu məqsədlə də bütün vətəndaşların ciddi şəkildə sanitariya-epidemioloji qaydalarına əməl etmələrinə çağırışlar edilməkdədir.

Ədliyyə naziri cənab Fikrət Məmmədovun sərəncamı ilə Ədliyyə Nazirliyinin inzibati binalarında yeni növ koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı 16 bənddən ibarət sanitariya-epidemioloji Qaydalar təsdiq edilmişdir.  Həmin qaydaların icrası ilə bağlı növbəti dəfə 16.06.2020-ci il tarixdə Şəki regional ədliyyə idarəsinin inzibati binasında dezinfeksiya işlərinin aparılması təmin edilmişdir. Eyni zamanda əməkdaşların inzibati binaya daxil olarkən dezinfeksiya vasitələrindən istifadəsinə diqqət daha da artırılmış, o cümlədən xüsusi jurnal tərtib edilmiş və təsdiq edilmiş qaydalarda nəzərdə tutulan digər tədbirlər həyata keçirilməkdədir.