Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin regional ədliyyə idarələri arasında videokonfrans şəklində keçirilmiş seminar müşavirədə aparılan müzakirələr barədə Şəki regional ədliyyə idarəsinin ə

     05.06.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov regional ədliyyə idarələrinin rəhbərləri ilə videokonfrans vasitəsilə seminar müşavirə keçirmişdir. Həmin müşavirədə bələdiyyə sahəsində həyata keçirilən fəaliyyət geniş müzakirə edilmiş, bələdiyyələrin faəliyyətinin qanunvericiliyin tələblərinə uyğun səmərəli qurulması istiqamətində regional ədliyyə idarələrinin onlara göstərə biləcəyi metodolji və əməli köməkliklərin nədən ibarət ola biləcəyi vurğulanmışdır. Bələdiyyələrin fəaliyyətində yol verilən xarakterik pozuntular diqqətə çatdırılmış və bunların aradan qaldırılması istiqamətində təbdirlərdən danışılmışdır. Mövzu ətrafında aparılan müzakirələrin Şəki regional ədliyyə idarəsinin əməkdaşlarına da çatdırılması məqsədilə elə həmin gün idarənin rəisi vəzifəsini icra edən Abdulla Yusifov tərəfindən idarədə müşavirə keçirilmişdir. Müşavirədə qanunvericiliyin tələblərinin icrasına ciddi yanaşılmasının, o cümlədən Bələdiyyələrlə İş Mərkəzi tərəfindən verilən tapşırıq və tövsiyələr ətrafında Şəki regional ədliyyə idarəsində işin qurulmasının zəruruiliyi bildirilmişdir.

    Sonda idarənin faəliyyəti ilə bağlı bir neçə xidməti məktubun müzakirəsi də aparılmış, məktublarda qeyd edilənlər əməkdaşların diqqətinə çatdırılmışdır.