Şəki regional ədliyyə idarəsində idarənin əməkdaşlarının nəzəri və peşə biliklərinin artırılması ilə bağlı may ayı ərzində seminarlar keçirilmişdir.

Şəki regional ədliyyə idarəsinin rəisi vəzifəsini icra edən Abdulla Yusifov tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq idarənin əməkdaşlarının nəzəri və peşə biliklərinin artırılması ilə bağlı may ayı ərzində seminarlar keçirilmişdir.  İlk seminarda idarənin baş məsləhətçisi Zaur Xəlilov “Mediasiya” institutunun əhəmiyyəti və onun qanunvericilikdəki yeri mövzusunda çıxış etmişdir. Mövzu ətrafında maraqlı məqamlar müzakirə edilmişdir.

Növbəti seminarda isə idarənin böyük məsləhətçisi Siracəddin Rüstəmov tərəfindən bələdiyyə torpaqlarının mülkiyyətə, icarəyə və istifadəyə verilməsi ilə bağlı qanunvericiliyin, o cümlədən Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanununun tələbləri, Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydaları diqqətə çatdırılmışdır. Yaranmış sualların qanunvericiliklə müəyyən edilmiş qaydada həlli ilə bağlı fikirlər ətrafında müzakirələr aparılmışdır. Tədbirlər Planına əsasən seminarların mütəmadi qaydada keçirilməsi nəzərdə tutulmuşdur.