Bələdiyyələrin hüquqi maarifləndirilməsi məqsədilə tədbirlər davam etdirilir.

        29 mart 2019-cu il tarixdə saat 11-də Şəki regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən Şəki regional ədliyə idarəsinin inzibati binasında Şəki rayonunda fəaliyyət göstərən bələdiyyələrin üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədi ilə seminar keçirilmişdir.

        Seminarda regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən, “Dövlət büdcəsindən subvensiya alınması üçün layihələrin hazırlanması. Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”,  “Bələdiyyə torpaqlarının mühafizəsi” və “Qəbristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri” mövzuları üzrə  məruzələr edilərək qeyd olunan məsələlərlə bağlı qanunvericiliyin tələbləri və bu sahədə bələdiyyələrin hüquq və vəzifələri geniş izah olunmuş, iştirakçıları maraqlandıran məsələlər üzrə suallar cavablandırılmışdır. Seminardan sonra vətəndaşların qəbulu keçirilmişdir.