Notarius və notariat ofislərinin işçilərinə metodiki köməklik məqsədi ilə tədbir keçirilmişdir.

17.12.2018-ci il tarixdə Şəki regional ədliyyə idarəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat notariat baş idarəsinin məsul əməkdaşları tərəfindən Şəki regional ədliyyə idarəsinin əməkdaşlarının da iştirakı ilə bir qrup notariuslar və notarius ofislərinin əməkdaşları üçün "Notariat haqqında" Azərbaycan Respublikası Qanununa edilən əlavə və dəyişikliklərlə bağlı təlim keçirilmişdir. Təlim zamanı istirakçilara Azərbaycan Respublikasında notariat sahəsində həyata keçirilən islahatlar barədə də ətraflı məlumat verilmiş onların sualları ətraflı cavablandırılmışdır.