Şəkinin ədliyyə işçiləri tərəfindən ümumilli lider Heydər Əliyevin əziz xatirəsi yad olunub

12 dekabrda Şəkinin ədliyyə işçiləri Ulu Öndər Heydər Əliyevin Şəki şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan abidəsini ziyarət edib abidə önünə tər gül-çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra anım tədbiri Şəki regional ədliyyə idarəsində davam edib.

 Tədbir iştirakçıları ilk əvvəl ümumilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükütla yad etdilər.

İdarənin rəisi Rəhman Məmmədov çıxış edərək müdrik dövlət xadimi Heydər Əliyevin dövlətimizin müstəqilliyinin qorunub saxlanılması, xalqımızın vətəndaş müharibəsi və respublikamızın parçalanması təhlükəsindən xilas olunması, ölkədə hərtərəfli inkişafın və ictimai-siyasi sabitliyin sarsılmaz təməllərinin qurulmasında əvəzsiz xidmətlərindən, onun strategiyasının inamla və yaradıcılıqla davam etdirən dövlət başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkə həyatının bütün sahələrində, o cümlədən məhkəmə-hüquq sistemində əldə olunan nəaliyyətlərdən geniş bəhs etdi.

Çıxış edən ədliyyə əməkdaşları Ulu Öndər Heydər Əliyev ideyalarına bundan sonra da sadiq qalacaqlarını, müstəqil Azərbaycan Respublikasının daha da tərəqqisi naminə yorulmaz fəaliyyət göstərən dövlət başçısı İlham Əliyevə öz üzərlərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirməklə bundan sonra da yardımçı olacaqlarını vurğuladılar.