Şəki regional ədliyyə idarəsində “Açıq qapı” günləri keçirilir.

İnsanların ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti ilə ətraflı tanış olmalarına və onları maraqlandıran məsələlər üzrə əhatəli məlumatlar əldə edə bilmələrinə şərait yaradılması məqsədilə ədliyyə və məhkəmə orqanlarında o cümlədən Şəki regional ədliyyə idarəsində “Açıq qapı” günləri  təşkil edilmişdir. “Açıq qapı” günlərində vətəndaşlar ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti, onların iş şəraiti ədliyyəmizin tarixi, məhkəmə-hüquq, o cümlədən  ədliyyə sahəsində həyata keçirilən mütərəqqi islahatlar, əhaliyə göstəriləm elektron xidmətlər barədə ətraflı məlumatlar əldə etmişlər.