Şəki regional ədliyyə idarəsində “Açıq qapı” günləri keçiriləcəkdir.

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibəti ilə Şəki regional ədliyyə idarəsində 19-21 noyabr 2018-ci il tarixlərində “Açıq qapı” günləri keçiriləcəkdir. Vətəndaşlar bu günlərdə Şəki regional ədliyyə idarəsində Azərbaycan ədliyyəsinin tarixi, inkişaf mərhələləri, müasir ədliyyə sistemi, ayrı-ayrı ədliyyə orqanlarının, o cümlədən Şəki regional ədliyyəsinin fəaliyyəti barədə ətraflı məlumat əldə edə bilərlər. Vətəndaşlara Şəki regional ədliyyəsinin fəaliyyəti ilə yaxından tanışlıq üçün hərtərəfli şərait yaradılacaqdır.