Ədliyyə işçiləri və hakimlər Şəki Tibb Kolleginin müəllim və tələbə heyəti ilə geniş görüş keçirilmişdir.

        02 noyabr 2018-ci il tarixdə Şəki regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Şəki rayonunda fəaliyyət göstərən ədliyyə və məhkəmə orqanlarının əməkdaşlarının Şəki Tibb Kolleginin müəllim və tələbə kollektivi ilə Azərbaycan ədliyyəsinin 100 illik yubileyinə həsr edilən görüşü keçirilmişdir.

       Şəki regional ədliyyə idarəsinin rəisi tədbirin mahiyyəti, Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibəti ilə keçirilən silsilə tədbirlər, ölkəmizin məhkəmə sistemi, bu sahədə həyata keçirilən islahatlar barədə ətraflı məlumatlar vermiş, sonra regional idarənin əməkdaşları Siracəddin Rüstəmovun “Azərbaycan ədliyyəsinin tarixi” və Marif Mahmudovun “Müasir Azərbaycan ədliyyəsi” mövzularında məruzələri dinlənilmiş, regional idarənin əməkdaşı Zaur Xəlilov  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən  göstərilən elektron xidmətlərin təqdimatını  etmişdir.

     Çıxış edən müəllim və gənclər tədbirdə ədliyyə və məhkəmə fəaliyyəti barədə, o cümlədən Ədliyyə Nazirliyinin elektron xidmətləri barədə məlumatların onlar üçün maraqlı və faydalı olduğunu bildirərək minnətdarlıqlarını ifadə etdilər. Sonda tədbir iştirakçılarının ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti barədə sualları cavablandırıldı.