Bələdiyyə qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə tədbirlər davam etdirilir.

Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması məqsədilə bələdiyyə üzvlərinin, bələdiyyələrin icra aparatının  əməkdaşlarının, bələdiyyə qulluqçularının qanunvericiliyin tələbləri barədə ətraflı məlumatlandırılması diqqət mərkəzində saxlanılır. Təsdiq edilmiş qrafikə uyğun olaraq  05 oktyabr  2018- ci il Şəki regional ədliyyə idarəsində idarənin ərazi yurisdiksiyasına aid rayonların  bələdiyyələrinin  bir qrupunun mühasibləri üçün  təlim keçirilmişdir. Təlimdə idarənin əməkdaşlarının “Bələdiyyələrin büdcələrinin tərtibinin bəzi xüsusiyyətləri” və “Bələdiyyələrin yerli büdcələrinin icrasına dair yarımillik və illik hesabatlarının  tərtibinin və təsdiqinin bəzi xüsusiyyətləri barədə” mövzuları üzrə mühazirələri dinlənilmiş, mövzular üzrə iştirakçıların sualları ətraflı cavablandırılmışdır.