Bələdiyyələrin hüquqi maarifləndirilməsi məqsədilə tədbirlər davam etdirilir.

02 oktyabr 2018-ci il tarixdə Qəbələ şəhərində Şəki regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən Şəki regional ədliyə idarəsinin ərazi yurisdiksiyasına aid olan,  Qəbələ rayonunda  fəaliyyət göstərən bələdiyyələrin sədrləri, üzvləri və qulluqçularının hüquqi maariflənsdirilməsi məqsədi ilə seminar keçirilmişdir.

Seminarda regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən “Bələdiyyə aktlarının qəbulu və icrası”, “Bələdiyyə torpaqlarının qiymətləndirilməsi, bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi” və “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı” mövzuları üzrə  məruzələr edilərək qeyd olunan məsələlərlə bağlı qanunvericiliyin tələbləri və bu sahədə bələdiyyələrin hüquq və vəzifələri geniş izah olunmuş, iştirakçıları maraqlandıran məsələlər üzrə suallar cavablandırılmışdır.