Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının və Şəki regional ədliyyə idarəsinin əməkdaşları ilə birgə keçirilən seminar

28 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının və Şəki regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən Şəki regional ədliyə idarəsinin inzibati binasında Şəki regional ədliyə idarəsinin ərazi yurisdiksiyasına aid olan rayonlarda fəaliyyət göstərən bələdiyyələrin sədrləri, üzvləri və qulluqçularının hüquqi maariflənsdirilməsi məqsədi ilə birgə seminar keçirilmişdir.

Seminarı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki regional ədliyyə idarəsinin vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Siracəddin Rüstəmov açmışdır.

Seminarda Ədliyyə Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Mətanət Əsgərova “İnzibati aktın forması, inzibati akta dair ümumi tələblər, inzibati aktın icra edilməsi qaydası”, akademiyanının Ədliyyə sahəsində idarəetmə kafedrasının müəllimi, birinci dərəcəli ədliyyə qulluqçusu Səyyad Məcidov “Bələdiyyə qulluqçularının etik davranış qaydaları, bələdiyyə qulluğuna qəbul prosesində şəffaflığın təmin edilməsi”, Akademiyanın Bələdiyyə, dövlət və qeyri-dövlət qurumları üçün hazırlıq fakultəsinin baş məsləhətçisi, birinci dərəcəli ədliyyə qulluqçusu Samir Nuriyev “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi, bələdiyyə torpaqlarının qiymətləndirilməsi” mövzularında məruzələrlə çıxış etmişlər.

Seminar işgüzar şəraitdə, diskusiya şəkilndə aparılmış, məruzələrə uyğun qanunvericilik aktlarının icrası ilə əlaqədar suallara Ədliyyə Akademiyasının və Şəki regional ədliyyə idarəsinin əməkdaşları ətraflı cavab vermişlər.