Almaniyalı qonaqlar Şəkidə olmuşlar.

Almaniya Ədliyyə və Xarici İşlər nazirliklərinin məsul əməkdaşları Azərbaycan Respublikasına səfərləri çərçivəsində Şəkidə olmuşlar. Qonaqlara məhkəmə hüquq sistemində, o cümlədən ədliyyə sahəsində həyata keçirilən köklü mütərəqqi islahatlar barədə ətrafl məlumat verilmişdir. Şəki Penitensiar müəssisəsində məhkumların cəzaçəkmə şəraiti ilə və Şəki Məhkəmə Kompleksi ilə tanış olan qonaqlar ədliyyə və məhkəmə sahəsində görülən işləri yüksək qiymətləndirmişlər.

Həmçinin Şəkinin füsunkar təbiəti, o cümlədən Şəki Xan Sarayı, Kiş Alban Məbədi ilə tanışlıq qonaqlarda xoş təəssürat yaratmışdır.