Özbəkistanlı qonaqlar regionun ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti ilə tanış olmuşlar

Azərbaycanda səfərdə olan Özbəkistan Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti səfər çərçivəsində 10-12 avqust 2018-ci il tarixində regionda olmuşlar. Qonaqlar Şəki Məhkəmə Kompleksində, Qəbələ və Oğuz rayon məhkəmələrində, Şəki Penitensiar müəssisəsində, Şəki regional ədliyyə idarəsində, Qəbələ şəhərində yerləşən “ASAN” Xidmət Mərkəzində olaraq  məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti ilə ətraflı tanış olmuşlar.

Şəki regional ədliyyə idarəsində keçirilən görüşdə qonaqlara ölkəmizdə məhkəmə-hüquq sistemində, o cümlədən ədliyyə sahəsində həyata keçirilən əhatəli mütərəqqi islahatlar, həmin islahatların hədəfləri və nəticələri barədə, o cümlədən regionda bu istiqamətdə həyata keçirilən işlər barədə ətraflı məlumat verilmişdir. Qonaqlar görülmüş işləri, həyata keçirilən islahatları, o cümlədən Azərbaycanın brendinə çevrilmiş “ASAN” Xidmət Mərkəzinin fəaliyyətini çox yüksək qiymətləndirmişlər.

Səfər çərçivəsində tarix memarlıq abidələri ilə tanışlıq qonaqlarda xoş təəsürat yaratmışdır.