Bələdiyyələrə metodiki köməklik məqsədilə tədbirlər davam etdirilir.

29 iyun 2018-ci il tarixdə Şəki regional ədliyyə idarəsinin inzibati binasında idarənin ərazi yurusdiksiyasına daxil olan 6 rayonda fəaliyyət göstərən bələdiyyə sədrləri və mühasibləri ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və Şəki regional ədliyyə idarəsinin birgə təşkilatçılığı ilə seminar müşavirələr keçirilmişdir.

Günün birinci yarısı keçirilmiş seminarda Balakən, Zaqatala və Qəbələ rayonlarında fəaliyyət göstərən bələdiyyələrin sədrləri və bəzi bələdiyyələrin mühasibləri, günün ikinci yarında keçirilmiş müşavirədə isə Qax, Şəki və Oğuz rayonlarında fəaliyyət göstərən bələdiyyələrin sədrləri və bəzi bələdiyyələrin mühasibləri iştirak etmişlər.

Seminar müşavirələrdə “Turizmin inkişafında bələdiyyələrin rolu”, məruzəçi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin koordinatoru Mehdi Abdullayev “Bələdiyyələrdə yerli büdcənin tərtibində iqtisadi təsnifat kodlarının tətbiqi” məruzəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin eksperti Zöhrab Fərəcov mövzularında məruzələr dinlənilmiş, iştirakçıları maraqlandıran sual ətraflı cavablandırılmış, müşavirələrin sonunda bələdiyyələrə yerli turizmin təşkilində bələdiyyələrin iştirakı adlı kitab (metodik vəsait) paylanmışdır.