Bələdiyyələrin hüquqi maarifləndirilməsi məqsədilə tədbirlər davam etdirilir.

    14.03.2018-ci il tarixdə Şəki regional ədliyyə idarəsi tərəfindən tərtib edilmiş qrafikə uyğun olaraq  Qax rayonunda fəaliyyət göstərən bələdiyyələrin üzvləri və qulluqçuları üçün növbəti seminar müşavirə keçirilmişdir. Seminarda regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən “Bələdiyyələrin yerli vergi və ödənişlərin yığılması işinin daha səmərəli təşkili”, “Bələdiyyələrdə arxiv işinin təşkili”, “İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu və məsuliyyəti, bələdiyyələrin fəaliyyətində hesabatlılıq və aşkarlıq” mövzuları üzrə  məruzələr edilərək qeyd olunan məsələlərlə bağlı qanunvericiliyin tələbləri və bu sahədə bələdiyyələrin hüquq və vəzifələri geniş izah olunmuş, iştirakçıları maraqlandıran məsələlər üzrə suallar cavablandırılmışdır.