Şəki regional ədliyyə idarəsi tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılır.

Şəki regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən 07 mart 2018-ci il tarixdə Qəbələ rayonunda vətəndaşların səyyar qəbulu keçirilmişdir. Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən və maraqlandıran məsələlərlə bağlı qanunvericiliyin tələbləri barədə ətraflı izahlar verilməklə qaldırılan məsələlər öyrənilmiş, bir qisminin həlli istiqamətində yerində tədbirlər görülmüş, digərlərinin isə həlli nəzarətə götürülmüşdür.