22 Noyabr ədliyyə işçilərinin peşə bayramı Şəkidə də təntənəli şəkildə qeyd edilmişdir.

Şəkidə ədliyyə işçilərinin peşə bayramı tədbirləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmklə başladı. Şəkidə fəaliyyət göstərən ədliyyə orqanlarının əməkdaşları, hakimlər Ulu Öndər Heydər Əliyevin Şəki şəhərində ucalan abidəsini ziyarət edərək abidə önünə tər gül çiçək dəstələri qoymuş, əziz xatirəsinə ehtiramlarını bildirmişlər.

Daha sonra Şəki regional ədliyyə idarəsində peşə bayramı ilə bağlı keçirilən görüşdə Azərbaycan Ədliyyəsinin tarixinə, keçdiyi inkişaf yollarına bir daha nəzər salınmış,  dövlət başçısı cənab  İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi altında ədliyyə və məhkəmə sistemində həyata keçirilən  islahatlar,onların real mütərəqqi nəticələrinin mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilərək nümunə  kimi təqdim olunması qeyd olunmuşdur.

Çıxış edən ədliyyə fəaliyyətinin səmərəliliyinin daha da artırılması, qanunun aliliyinin və insan hüquq və azadlıqlarının daha etibarlı təmin olunması, daha yüksək səviyyədə vətəndaş məmnunluğuna nail olunması üçün öz üzərlərinə düşən vəziflərin bundan sonra da layiqincə icrası istiqamətində səfərbər olacaqlarını bildirdilər.