Şəki regional ədliyyə idarəsi tərəfindən vətəndaşların qəbulu ötən illərdə olduğu kimi bu ildə daim diqqətdə saxlanılır.

Şəki regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən 10 noyabr 2017-ci il tarixdə Balakən rayonunda vətəndaşların səyyar qəbulu keçirilmişdir. Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən və maraqlandıran məsələlərlə bağlı qanunvericiliyin tələbləri barədə ətraflı izahlar verilməklə qaldırılan məsələlər öyrənilmiş, bir qisminin həlli istiqamətində yerində tədbirlər görülmüş, digərlərinin isə həlli nəzarətə götürülmüşdür.