Vətəndaşların hüquqi məlumatlandırılması üçün tədbirlər davam etdirilir.

Şəki regional ədliyyə idarəsi tərəfindən idarənin  2017-ci ilin ikinci yarımilinə dair  İş Planının müvafiq bəndinin icrası istiqamətində idarənin ərazi yurisdiksiyasına daxil olan rayonlarda bələdiyyə üzvləri və qulluqçularının etik davranış qaydaları ilə bağlı qanunvericiliyin tələblərinə  bələdiyyə üzvləri və qulluqçuları tərəfindən əməl edilməsi vəziyyətinin  diqqətdə saxlanılması və bununla bağlı vətəndaşların da ətraflı məlumatlandırılması üçün “Açıq qapı” günləri keçirilir. Belə tədbirlərin davamı olaraq əhalinin əvvəlcədən məlumatlandırılması istiqamətində zəruri tədbirlər görülməklə 10 noyabr 2017-ci il tarixdə Balakən rayonunda keçirilən  “Açıq qapı” günündə iştirak edən rayon sakinlərinə idarənin əməkdaşları tərəfindən həm bələdiyyə üzvlərinin, həm də bələdiyyə qulluqçularının etik davranış qaydaları barədə ətraflı məlumat verilmiş, iştirakçıların sualları ətraflı cavablandırılmışdır.