Bələdiyyələrin hüquqi maarifləndirilməsi məqsədilə tədbirlər davam etdirilir.

10 noyabr 2017-ci il tarixdə Şəki regional ədliyyə idarəsi tərəfindən tərtib edilmiş qrafikə uyğun olaraq  Balakən rayonunda fəaliyyət göstərən bələdiyyələrin üzvləri və qulluqçuları üçün növbəti seminar müşavirə keçirilmişdir. Seminarda regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən “Bələdiyyə üzvləri və qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl edilməsi yerli özünü idarənin rolunu və bələdiyyənin fəaliyyətində şəffaflığı gücləndirir”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin anlayışı inzibati nəzarəti həyata keçirən orqanlar və bu sahədə qanunvericiliyin tələbləri” və “Nağdsız hesablaşmalar və onların məqsədi” mövzuları üzrə  məruzələr edilərək qeyd olunan məsələlərlə bağlı qanunvericiliyin tələbləri və bu sahədə bələdiyyələrin hüquq və vəzifələri geniş izah olunmuş, iştirakçıları maraqlandıran məsələlər üzrə suallar cavablandırılmışdır.