“Heydər Əliyev İli” çərçivəsində Şəki regional ədliyyə idarəsinin təşkilatçılığı ilə dahi öndərin əziz xatirəsinə həsr olunan şahmat turniri keçirilib.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Ədliyyə Nazirliyi tərəfindən paytaxtda və bölgələrdə konfranslar, görüşlər, açıq qapı günləri, idman və intellektual yarışlar təşkil olunur.

“Heydər Əliyev İli” çərçivəsində Şəki regional ədliyyə idarəsinin təşkilatçılığı ilə dahi öndərin əziz xatirəsinə həsr olunan şahmat turniri keçirilib.

Şəki şəhərində Heydər Əliyev Mərkəzində təşkil olunmuş turnirdə regionda fəaliyyət göstərən ədliyyə işçiləri iştirak ediblər. Şəki regional ədliyyə idarəsinin əməkdaşı Elşad Kərimov birinci, Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin rəisi Məzahir Məmmədov ikinci, Şəki regional ədliyyə idarəsinin rəis müavini Zaur Xəlilov 3-cü yer tutublar.

Turnirin nəticəsi https://chess-results.com/tnr759760.aspx?lan=1 saytında yerləşdirilmişdir.

Yekunda turnirin qalibi və iştirakçıları müvafiq diplomlarla təltif edilib.