Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir.

Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində ədliyyə orqanlarında dahi öndərin əziz xatirəsinə həsr olunan silsilə tədbirlər davam etdirilir.

Bu münasibətlə Şəki regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Şəki şəhərində fəaliyyət göstərən ədliyyə qurumlarının əməkdaşları tərəfindən ağacəkmə aksiyası keçirilmişdir. Şəki - Qax yolunun şimal-qərb hissəsində, yeni inşa olunan Heydər Əliyəv Mərkəzinin yaxınlığında həmişəyaşıl şam ağacları əkilib, onlara qulluq göstərilmişdir.

Şəki regional ədliyyə idarəsinin yurisdiksiyasına daxil olmuş digər rayonlarda fəaliyyət göstərən ədliyyə qurumları tərəfindən də böyük həvəs və fəallıqla ağacəkmə kampaniyaları təşkil edilir.