Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə qanvermə aksiyasına start verilmişdir.

Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Şəki regional ədliyyə idarəsi tərəfindən Ulu Öndərin əziz xatirəsinə həsr olunan tədbirlər davam etdirilir.

Bu münasibətlə Şəki regional ədliyyə idarəsinin təşkilatçılığı ilə idarənin yurisdiksiyasına aid rayonların ədliyyə qurumlarının əməkdaşları könüllü qanvermə aksiyasına start vermişlər. Aksiya may ayının 10-na kimi davam etdiriləcəkdir.

Qeyd olunmalıdır ki, ölkəmizdə əhalinin sağlamlığının qorunmasına, hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanların qabaqcıl dünya təcrübəsinə uyğun müalicə olunmasına xüsusi diqqət yetirilərək, bu sahədə məqsədyönlü tədbirlər görülür. Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə könüllü qanvermə aksiyaları keçirilir.

Həyata keçirilən tədbirlər insanların donor qanına ehtiyacı probleminin həllinə, qeyd olunan xəstəliklərin effektiv müalicəsinə xidmət edir. Bu cür nəcib və xeyirxah tədbirlərdə ədliyyə işçiləri hər zaman fəallıq nümayiş etdirərək mütəmadi qanvermə aksiyalarına qoşulurlar.