Şəki regional ədliyyə idarəsi tərəfindən 20.04.2023-cü il tarixdə Zaqatala rayonunun bələdiyyələrinin üzvləri və qulluqçuları üçün növbəti seminar müşavirə keçirilmişdir.

Şəki regional ədliyyə idarəsi tərəfindən 20.04.2023-cü il tarixdə Zaqatala rayonunun bələdiyyələrinin üzvləri və qulluqçuları üçün növbəti seminar müşavirə keçirilmişdir.

Tədbirin birinci hissəsi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr” ilə bağlı olmuşdur. Tədbirdə Şəki regional ədliyyə idarəsinin məsul əməkdaşları və bələdiyyələrin 60-a yaxın üzvü və qulluqçuları iştirak etmişdir. Əvvəlcə Ulu Öndərin əziz xatirəsi, Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Şəki regional ədliyyə idarəsinin rəisi müavini Zaur Xəlilov çıxış edərək dahi öndərin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, o cümlədən demokratik hüquqi dövlət quruculuğunda və yerli özünüidarəetmə institutunun yaradılmasında Heydər Əliyevin xidmətlərindən bəhs etmişdir. Mövzu ətrafında tədbir iştirakçılarının çıxışları dinlənilmişdir.

Daha sonra seminar müşavirə davam etdirilmiş, “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr”, “Yerli büdcə gəlirlərinin artırılması və onlardan səmərəli istifadə olunması sahəsində 2022-ci il ərzində görülmüş işlərin nəticələri və qarşıda duran vəzifələr”, “Müasir çağırışlar fonunda bələdiyyələrin fəaliyyətindəşəffaflığın artırlmasının zəruriliyi, bələdiyyələrin vəzifəli şəxslərinin korrupsiyaya və digər neqativ hallara şərait yaradan hərəkət və ya hərkətsizlikləri”, “Müxtəlif kateqoriya müraciətlərə baxılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblər və bu zaman qanunla müəyyən edilmiş müddətlərə riayət edilməsinin zəruriliyi”, “Yerli səviyyədə turizmin inkişafı və bu sahədə bələdiyyələr tərəfindən göstərilə biləcək xidmətlər”, “Müqavilənin bağlanması və müqavilədən irəli gələn öhdəlikərin icrası ilə bağlı qanunvericiliyin tələbləri”, “Yerlərdə abadlaşdırma işləri ilə bağlı bələdiyyələrin vəzifələri və “Yaşılıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı”, “İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına riayət edilməsi prinsipinin yerli özünüidarəetmədəəhəmiyyəti” barədə mövzular ətrafında çıxışlar edilmiş, müzakirələr aparılmış, bələdiyyə üzvlərini və qulluqçularını maraqlandıran suallar cavablandırılmışdır.