Şəki regional ədliyyə idarəsinin rəisi müavini Zaur Xəlilov aprelin 12-sində Balakən rayonundan olan vətəndaşları qəbul etmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqlı xidmət göstərilməsi, vətəndaşların, xüsusilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin Şəki regional ədliyyə idarəsinin rəisi müavini Zaur Xəlilov aprel ayının 12-sində Balakən rayonunda vətəndaşların qəbulunu keçirmişdir.

Qəbul zamanı vətəndaşların bələdiyyə və ədliyyə qurumlarının fəaliyyəti barədə müraciətlərinə baxılmış, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilmişdir.