02 dekabr 2022-ci il tarixdə Balakən şəhərində Şəki regional ədliyyə idarəsinin yurisdiksiyasına daxil olan Balakən rayon bələdiyyələrinin üzvləri və mühasibləri üçün seminar-müşavirə keçirilmişdir.

02 dekabr 2022-ci il tarixdə Balakən şəhərində Şəki regional ədliyyə idarəsinin yurisdiksiyasına daxil olan Balakən rayon bələdiyyələrinin üzvləri və mühasibləri üçün seminar-müşavirə keçirilmişdir. Tədbirdə Balakən rayon İcra hakimiyyətinin məsul əməkdaşları da iştirak etmişlər. Müşavirədə regional ədliyyə idarəsinin  rəis müavini Zaur Xəlilov, aparıcı məsləhətçi Marif Mahmudov, məsləhətçi Tərlan Qaffarov (iqtisadçı) bir neçə mövzuda məruzələrlə çıxışlar etmişlər. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.