Şəkidə Ədliyyə işçiləri peşə bayramlarını qeyd ediblər.

Noyabrın 22-də Şəkidə fəaliyyət göstərən ədliyyə orqanlarının əməkdaşları, hakimlər Şəkidə yerləşən Heydər Əliyev Mərkəzinin önündə ücaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoymuşlar.  Həmçinin Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsi anılıb və məzarları önünə gül dəstələri düzülüb.