Şəki regional ədliyyə idarəsi tərəfindən 01.11.2022-ci il tarixdə seminar keçirilmişdir

Şəki regional ədliyyə idarəsinin müəyyən etdiyi qrafikə əsasən İdarənin ərazi yurisdiksiyasına daxil olan Zaqatala rayonunda fəaliyyət göstərən bələdiyyələrin bələdiyyə üzvlərinin və bələdiyyə qulluqçularının maarifləndirmə tədbirləri çərçivəsində 01.11.2022-ci il tarixdə Zaqatala şəhərində “Bələdiyyə üzv və qulluqçularında antikorrupsiya davranış modelinin formalaşdırılması, korrupsiya hüquq pozuntuları ilə bağlı qanunvericiliyin tələbləri və bu tələblərin pozulması zamanı tətbiq edilən məsuliyyət tədbirlərinin növləri”, “Bələdiyyə fəaliyyəti barədə yerli əhalinin məlumatlandırılmasında kütləvi informasiya vasitələrindən, o cümlədən sosial şəbəkələrdən istifadə sahəsində görülmüş işlər və bu istiqamətdə fəaliyyətin genişləndirilməsini əhəməyyəti”, “Bələdiyyələrin inzibati aktın qəbul edilməsi ilə bağlı məlumat vermə vəzifəsi, inzibati aktın hüquqi qüvvəsi və nəticələri”, “Maliyyə hesabatlarının tərtib olunması zamanı qanunvericiliyin, o cümlədən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsinin vacibliyi”, “Bələdiyyə üzv və qulluqçularının əmək münasibətlərində iştirakı, onların hüquq və vəzifələri”  mövzularında seminar müşavirə keçirilmişdir. Seminarda mövzular ətrafında geniş diskusiya aparılmış, Bələdiyə üzvlərini və qulluqçularını maraqlandıran suallar cavablandırılmışdır.