Şəki regional ədliyyə idarəsinin inzibati binasında Ədliyyə Akademiyası tərəfindən etik davranış və korrupsiyaya qarşı mübarizə texnikaları mövzusunda ixtisasartırma kursu təşkil edilmişdir.

30.08.2022-ci il tarixdə Şəki regional ədliyyə idarəsinin inzibati binasında Ədliyyə Akademiyası tərəfindən "Etik davranış və korrupsiyaya qarşı mübarizə texnikaları" mövzusunda ixtisasartırma kursu keçirilmişdir. Kursda regional ədliyyə idarəsinin yurisdiksiyasına daxil olan icra və probasiya xidmətinin, qeydiyyat şöbələrinin, notariat qurumlarının əməkdaşları və məhkəmə işçiləri iştirak etmişdir.