Şəki regional ədliyyə idarəsində \"Açıq qapı günü\"təşkil edilmişdir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2021-2023-cü illər üzrə Kommunikasiya Strategiyası və onun həyata keçirilməsinə dair Fəaliyyət Planı barədə Ədliyyə Nazirliyi Kollegiyasının 15.10.2021-ci il tarixli qərarına uyğun Şəki regional ədliyyə idarəsinin hazırlanmış tədbirlər planının 2-ci bəndinin icrası ilə əlaqədar şəki regional ədliyyə idarəsində “Açıq qapı günü” təşkil edilmişdir. Həmin gündə iştirak edən Şəki məktəblilərinə və bir neçə müəllimə ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı məlumat verilmişdir. Həmçinin onlara regional ədliyyə idarəsinin fəaliyyət istiqamətləri barədə bildirilmiş, onlar idarədə yaradılmış iş şəraiti ilə tanış olmuş, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

Müəllimlər bu görüşün şagirdlərin peşə yönümlü təhsilə maraqlarının artırılmasında əhəmiyyətli olduğunu vurğuladılar.