Şəki regional ədliyyə idarəsinin rəisi Abdulla Yusifov iyulun 1-də Şəki rayonu bölgəsindən olan vətəndaşları qəbul edib.

Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqlı xidmət göstərilməsi, vətəndaşların, xüsusilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin Şəki regional ədliyyə idarəsinin rəisi Abdulla Yusifov iyulun 1-də Şəki rayonu bölgəsindən olan vətəndaşları qəbul edib.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilərək onların ədliyyə fəaliyyəti barədə müraciətlərinə baxılıb, qaldırılan məsələlərin bəzilərinin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, digərləri isə araşdırılması üçün nəzarətə götürülmüşdür.