Vətəndaşların Nəzərinə !

Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların, xüsusilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin Şəki regional ədliyyə idarəsinin rəisi Abdulla Yusifov iyunun 13-də saat 11:00-da ədliyyə fəaliyyəti ilə bağlı Balakən rayonunda vətəndaşların qəbulunu keçirəcəkdir.

            Vətəndaşlar qəbula yazılması üçün Şəki regional ədliyyə idarəsinə (əlaqə telefonları: (024 24) 4 32 18, mobil: (055)485-90-00, (055)538-32-31, elektron poçt: sheki_rd@justice.gov.az) müraciət edə bilərlər.

             Vətəndaşların qəbulu Balakən rayon məhkəməsinin inzibati binasında (Balakən şəhəri, N.Nərimanov küçəsi 69) keçiriləcəkdir.