Rayon haqqında

 

Alimlərin apardıqları tədqiqatlar, müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikili abidələr və kurqanlar deməyə əsas verir ki, Balakən qədim yaşayış məskəni olmuşdur.

 

Yazılı qaynaqların verdiyi məlumatlara görə Balakən qədim Albaniya dövlətinin ərazisinə daxil olmuşdur. Eramızdan əvvəl 65-ci ildə Roma və Alban qoşunları arasında Alazan (Qanıx) çayı sahilində baş verən döyüşdə iştirak edən qədim Yunan tarixçisi Plutarx yazırdı ki, bu yerlərin əhalisi sakit təbiətli, məğrur, döyüşdə cəsurdurlar. Bu gün də işlədilən Hetovlar (Hertləri xatırladan), Hunbulçay (Hunları xatırladan), inqiloylar (qerləri xatırladan) və s. toponimlərin tədqiqi sübut edir ki, ən qədim zamanlardan başlayaraq türkdilli tayfalar bu bölgənin daimi sakinləri olmuşlar.

 

XI əsrə qədər bu bölgə Qədim Qafqaz Albaniyasının şimal-qərbində yaşayan türklərin, inqiloyların, və avarların əcdadları hesab olunan lek,qel, lpin və s. tayfaların məskəni olmuşdur.
Bu ərazi bol təbii sərvətlərə, münbit torpaqlara malik olduğuna və mühüm strateji əhəmiyyət kəsb etdiyinə görə həmişə xarici qüvvələrin, yad dövlətlərin maraq dairəsində olmuş, ayrı-ayrı vaxtlarda müharibə və mübarizə meydanına çevrilmişdir.

 

Eyni zamanda bu ərazi həmişə qəsbkarlara qarşı sipər rolunu oynamış, işğalçıların Azərbaycanın içərilərinə doğru irəliləməsi zamanı ilk zərbəni də cox vaxt məhz buranın yerli sakinləri qarşılamalı olmuşlar. Bura kömək diləyiylə gələn ehtiramla qarşılanıb, bəd niyyətlə gələnlər isə layıqli cəzasını almışlar.

 

Rayonun ərazisində və əhalinin həyətlərində təsərrüfat və məişət əhəmiyyətli qazıntılar zamanı məbədlərin və tikililərin qalıqları, bir neçə yerdə küp qəbirləri aşkar edilmişdir. Bu da rayonun qədim tarixə malik olduğunu əyani olaraq sübut edir.

 

Balakən rayonunun tarixinin araşdırılması üçün arxeoloqların və Milli Elmlər Akademiyasının əməkdaşlarının bu işə cəlb olunmasına ehtiyac vardır.

 

Bu ərazi bizim eranın VII əsrində ərəb işğalçıları tərəfindən zəbt olunmuş və Balakən şəhəri dağıdılmışdır. IX - X əsrlərdə ərəb xilafətinin süqutundan sonra bu ərazi müstəqillik qazanmışdır və iqtisadi əlaqələrini Şəki şəhəri ilə qurmuşdur. Həmin dövrlərdə Balakəndə ipəkçilik inkişaf etmişdir.

 

Balakən inzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə Zaqatala rayonuna birləşdirilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. 1946 – 1965-ci illərdə rayonun inzibati mərkəzi Balakən qəsəbəsi, 1965-ci ildən isə Balakən şəhəridir.

 

YERLİ ƏDLİYYƏ QURUMLARI

 


Dövlət notariat kontoru


 

Dövlət notariusu vəzifəsini müvəqqəti icra edən: İsgəndərova Gözəl İsgəndər qızı;
Telefon: 02429-5-15-10;
Ünvan: Balakən şəhəri, M.Əsədov küç. 11a;
İş günləri: II-III-IV-V-VI;
İş vaxtı: 9:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VII-I

 


Balakən rayon qeydiyyat şöbəsi

Rəis: ----------;
İş telefonu: ----------;
Ünvan: H.Z.Tağıyev küçəsi 10a;
Aparıcı məsləhətçi: Salixova Tamara Sefalovna;
İş telefonu: 02429-5-17-52;
İş günləri: II-III-IV-V-VI;
İş vaxtı: 10:00-19:00;
Fasilə: 14:00-15:00;
İstirahət günləri: VII-I



Balakən rayon icra qrupu

Rəis: Məhərrəmov Ruslan Sədi oğlu;
İş telefonu: 02429-5-21-23;
Ünvan: Balakən şəhəri, N.Nərimanov küçəsi 69;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 09:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VI-VII



Balakən rayon bələdiyyələrinin siyahısı

 

Bələdiyyənin adı

Bələdiyyə sədrinin adı, 
soyadı atasının adı

Ünvanı

Telefon nömrəsi

Balakən bələdiyyəsi

Muradov Mustafa Murad oğlu

Balakən şəhəri

050-425-03-50, 02429-5-23-88

Gərəkli bələdiyyəsi

Qaybalayev Mehman Əyyub oğlu

Gərəkli kəndi

050-550-75-10

Hənifə bələdiyyəsi

Mehdiyev Oktay Şəmsəddin oğlu

Hənifə kəndi

050-491-88-70, 02429-2-61-95

Xalatala bələdiyyəsi

Zalxayev Osif Nurmahama oğlu

Xalatala kəndi

050-348-56-26, 02429-3-81-98

İtitala bələdiyyəsi

Umuxanov İsrafil Mehralı oğlu

İtitala kəndi

050-740-40-42, 02429-2-81-02

Katex bələdiyyəsi

Piriyev Cavanşir Zeynəddin oğlu

Katex kəndi

050-327-31-88, 02429-2-53-21

Kortala bələdiyyəsi

Əliyev Əli Məhəmməd oğlu

Kortala kəndi

050-359-98-15, 02429-2-75-00

Qabaqçöl bələdiyyəsi

Qorodayev Hacı Ramazan oğlu

Qabaqçöl kəndi

055-438-58-09, 02429-3-82-81

Qasbinə bələdiyyəsi

Yumuxov Teyyub Tahir oğlu

Qasbinə kəndi

051-793-29-08, 02429-5-51-12

Qaysa bələdiyyəsi

Oynağanov Rəfail Ceerov oğlu

Qaysa kəndi

050-329-97-33, 02429-3-81-40

Qazma bələdiyyəsi

Məmiliyev Tahir Həsrətəli oğlu

Qazma kəndi

050-590-32-53, 02429-2-63-23

Qullar bələdiyyəsi

Ömərov Ramazan Məhəmməd oğlu

Qullar kəndi

050-577-18-40, 02429-5-36-23

Mahamalar bələdiyyəsi

Baknalov Kamal Abdulla oğlu

Mahamalar kəndi

050-406-99-52, 02429-5-25-34

Meşəşambul bələdiyyəsi

Nəbiyev Həybullah Məhəmməd

Meşəşambul kəndi

051-772-78-00, 02429-3-81-54

Poştbinə bələdiyyəsi

Anayev Ramil Ramiz oğlu

Poştbinə kəndi

051-307-72-58

Püstətala bələdiyyəsi

Alqayev Nəcməddin Cəbrayıl oğlu

Püstətala kəndi

050-470-75-74, 02429-2-42-93

Sarıbulaq bələdiyyəsi

İbrahimov Fikrət Ramazan oğlu

Sarıbulaq kəndi

050-565-17-50, 02429-2-91-02

Şambul bələdiyyəsi

Qalayev Aydın Abdulla oğlu

Şambul kəndi

050-223-73-85, 02429-3-81-20

Şərif bələdiyyəsi

Kanayev Mahama Məhəmməd

Şərif kəndi

070-317-44-25, 02429-3-82-40

Talalar bələdiyyəsi

Hacıyev Nizamı Əkrəm oğlu

Talalar kəndi

050-612-54-30

Tülü bələdiyyəsi

Qarayev Nadir Zeynəddin

Tülü kəndi

050-670-66-44, 02429-5-23-02

Yeni Şərif bələdiyyəsi

Nuriyev Murtuzəli Əhmədov oğlu

Yeni Şərif kəndi

050-581-26-35, 02429-3-81-87